Azərbaycan taekvondoçusu Həmidrza Bədriəliabadi (+87 kq) Bakıda keçirilən dünya çempionatında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, o, 1/4 finalda Emre Ateşliyə (Türkiyə) məğlub olub.
Rəqib 2:1 hesabı ilə qalib gəldiyindən Bədriəliabadi mundialla vidalaşıb.
Qeyd edək ki, dünya çempionatı bu gün başa çatacaq.
***
Saat. 14:44
Azərbaycan taekvondoçusu Həmidrza Bədriəliabadi (+87 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
Apasport.az saytının məlumatına görə, o, ikinci döyüşündə Omar El Yazidini (Fransa) məğlub edib.
Bədriəliabadi 2:1 hesabı ilə qalib gəlib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Emre Ateşli ilə mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatı bu gün başa çatacaq.
***
Saat. 11:34
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında son günün döyüşləri keçirilir.
Apasport.az saytının məlumatına görə, mundailda bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.
Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.
Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.
Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.