Azərbaycan taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb - FOTO - YENİLƏNİB-1

Azərbaycan taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb - FOTO  - YENİLƏNİB-1
# 04 iyun 2023 15:14 (UTC +04:00)

Azərbaycan taekvondoçusu Həmidrza Bədriəliabadi (+87 kq) Bakıda keçirilən dünya çempionatında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, o, 1/4 finalda Emre Ateşliyə (Türkiyə) məğlub olub.

Rəqib 2:1 hesabı ilə qalib gəldiyindən Bədriəliabadi mundialla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatı bu gün başa çatacaq.

***

Saat. 14:44

Azərbaycan taekvondoçusu Həmidrza Bədriəliabadi (+87 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Apasport.az saytının məlumatına görə, o, ikinci döyüşündə Omar El Yazidini (Fransa) məğlub edib.

Bədriəliabadi 2:1 hesabı ilə qalib gəlib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Emre Ateşli ilə mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatı bu gün başa çatacaq.

***

Saat. 11:34

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında son günün döyüşləri keçirilir.

Apasport.az saytının məlumatına görə, mundailda bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.

Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR