Azərbaycan taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb - FOTO - YENİLƏNİB

Azərbaycan taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb - FOTO  - YENİLƏNİB
# 29 may 2023 12:57 (UTC +04:00)

Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda dünya çempionatında ikinci döyüşünü keçirib.

Apasport.az saytının məlumatına görə, o, qırğızıstanlı Eldar Kurmanaliyevin ardınca çinli Çenminq Xiao ilə qarşılaşıb.

68 kq çəkidə mübarizə aparan Ağayev 1/16 finalda rəqibinə 1:2 hesabı ilə məğlub olub və yarışla vidalaşıb.

Qeyd edək ki, iyunun 4-dək davam edəcək mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq. Bu taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

***

Saat. 11:02

Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb.

Apasport.az saytının məlumatına görə, Bakı Kristal Zalında keçirilən yarışın ilk günündə Azərbaycan millisinin heyətində Cavad Ağayev mübarizəyə qoşulub.

68 kq çəkidə qüvvəsini sınayan 21 yaşlı taekvondoçu 1/32 final mərhələsində Eldar Kurmanaliyevlə (Qırğızıstan) üz-üzə gəlib. 2:0 hesabı ilə qələbə qazanan təmsilçimiz növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, iyunun 4-dək davam edəcək mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq. Bu taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Foto: Orxan Kərimov © APA GROUP

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR