Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb
# 12 iyul 2019 20:19 (UTC +04:00)

Azərbaycan millisi İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında medallarının sayını 5-ə çatdırıb.

APA-nın məlumatına görə, yığmamızın aktivinə növbəti mükafatı taekvondoçumuz Patimat Abakarova yazdırıb.

53 kq çəki dərəcəsində idmançımız bürünc medala sahib olub. O, Çin, Rusiya və Almaniya taekvondoçularına qalib gələrək, yarımfinala vəsiqəni təmin edib. Olimpiya mükafatçımız finala gedən yolda cənubi koreyalı idmançı ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

Bununla da, taekvondoçularımız Universiadadakı çıxışını başa vurublar.

Qeyd edək ki, P. Abakarovadan öncə atlet Nazim Babayev, idman gimnastı Marina Nekrasova qızıl, cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə Azərbaycan millisi bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR