Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb
  • Clock-gray 13:23
  • calendar-gray 21 Sentyabr 2019

Azərbaycan yığması 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

APA-nın məlumatına görə, sərbəst güləşçi Şərif Şərifov ardıcıl üçüncü dəfə dördilliyin ən mötəbər turnirində çıxış hüququ əldə edib.

Olimpiadanın qızıl və bürünc medalçısı buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında nail olub. 97 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan yarımfinala vəsiqə qazandığından ilk “altılıq”da yerini təmin edib.

Avropa və dünya çempionu titulu da olan Ş. Şərifov Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanan ikinci Azərbaycan güləşçisi olub. Ona qədər qadınlar arasında dünya çempionu adına yiyələnən Mariya Stadnik (50 kq) də eyni vəzifənin öhdəsindən gəlib.

Qeyd edək ki, Ş. Şərifov 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək Olimpiadaya lisenziya qazanan 5-ci Azərbaycan idmançısıdır. Güləşçilərlə yanaşı, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev və bədii gimnast Zöhrə Ağamirova da bu hüquqa yiyələnib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date