Azərbaycan yığması reytinq xalı üçün Asiya çempionatına qatılacaq

Azərbaycan yığması reytinq xalı üçün Asiya çempionatına qatılacaq
  • Clock-gray 15:18
  • calendar-gray 15 İyul 2019

İyulun 18-də İordaniyanın paytaxtı Ammanda parataekvondo üzrə açıq Asiya çempionatı keçiriləcək. 

APA-nın məlumatına görə, beşinci dəfə təşkil olunacaq yarışda Azərbaycan yığması da iştirak edəcək. 

Komandamız reytinq xarakterli yarışa baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi altında İmaməddin Xəlilov (K-44, 61 kq), Əbülfəz Abuzərli (K-44, 75 kq), Hüseyn Həsənov (K-44, 75 kq), Vüsal İsmayılov (K-44, +75 kq), Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova (K-44, +58 kq) ilə qatılacaq.

Qeyd edək ki, çempionatda Asiya qitəsindən qalib olacaq idmançı aktivinə 40, digər qitələrdən qatılaraq yarışın çempionu titulunu qazanan paraidmançılar 20 reytinq xalı qazanacaqlar. 

Millimiz vətənə iyulun 20-də dönəcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date