Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb
# 02 iyul 2019 10:41 (UTC +04:00)

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.

APA-nın məlumatına görə, Azərbaycan millisinin yeddi üzvü “Top-20”də yer alıb.

Ən yaxşı nəticə yığmamızın lideri Rüstəm Orucova məxsusdur. O, 73 kq çəki dərəcəsində dünyanın ən güclüsüdür. Birinci yerdə qərarlaşan cüdoçumuz Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarındakı gümüş medala görə qazandığı 170 xalla hesabını 6070-ə çatdırıb.

R.Orucovla eyni çəkidə çıxış edən Hidayət Heydərov 6-cı pillədə qərarlaşıb. Onun 5046 xalı var.

100 kq çəki dərəcəsində də iki cüdoçumuz “20-lik”də yer alıb. Elmar Qasımov 3505 xalla 10-cu, Zelim Kotsoyev 2611 xalla 18-cidir.

Daha iki kişi cüdoçumuz ən yaxşılar arasındakı mövqeyini qoruyub. Məmmədəli Mehdiyev (90 kq) 4663 xalla 4-cüdürsə, 3159 xala malik Uşanqi Kokauri (+100) 14-cü yerdədir.

Qadın cüdoçularımızdan yalnız İrina Kindzerska (+78 kq) ən güclü 20 idmançı arasındadır. O, 5434 xalla 4-cüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR