Azərbaycanın daha 3 cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha 3 cüdoçusu dünya çempionatını medalsız başa vurub
# 26 avqust 2019 11:11 (UTC +04:00)

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, mindialın ikinci günü Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulub.

Hər 3 cüdoçu çıxışını vaxtından əvvəl bitirib. 66 kq çəki dərəcəsində qüvvəsini sınayan Nicat Şıxəlizadə 1/8 finala kimi 3 rəqibini yarışdan kənarlaşdırsa da, misirli Məhəmməd Abdelmaugouda ipponla uduzub.

52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva (52 kq) və Larisa-Aleksandra Florian (52 kq) isə ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmada məğlub olublar.

Beləliklə, yarışı uğursuz bitirən Azərbaycan cüdoçularının sayı 6-ya çatıb. Dünya çempionatının ilk günü Davud Məmmədsoy (60 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) da mundialı medalsız yekunlaşdırıblar.

Qeyd edək ki, avqustun 27-də Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq) və İçinxorlu Munxtsedev (57 kq) tatamiyə çıxacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR