Yunan-Roma güləş üzrə yığmamızın 3 üzvü dünya çempionatının finalına yüksəlib.
Apasport.az saytı xəbər verir ki, Sənan Süleymanov (77 kq) erməni rəqibi Malxaz Amoyanı məğlub edərək bu hüququ əldə edib.
Süleymanov görüşü 5:0 hesablı üstünlüklə bitirib. Bu qələbə həm də idmançımıza Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb.
Qeyri-Olimpiya kateqoriyalarında Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) yarımfinal görüşlərini uğurla başa vurublar. Eldəniz iranlı Pouya Marzdandan, Rafiq isə türkiyəli Burhan Akbudakdan güclü olub.
Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.
Azərbaycanın üç güləşçisi dünya çempionatının finalına yüksəlib

Döyüş növləri

FHN-in karate komandasının idmançıları çempionatda uğur qazanıblar

FHN-in əməkdaşı dünya çempionatında bürünc medal qazanıb

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çempionat keçirilib
