Azərbaycanın usta cüdoçuları dünya çempionatında daha 2 medal qazanıblar

Azərbaycanın usta cüdoçuları dünya çempionatında daha 2 medal qazanıblar
# 12 oktyabr 2019 22:46 (UTC +04:00)

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 3-cü günü də Azərbaycan millisi üçün uğurlu olub.

APA-nın məlumatına görə, ölkəmizi mundialda təmsil edən veteran cüdoçu Mübariz Cəfərov M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

O, Fransa, Rusiya, Portuqaliya və Gürcüstandan olan rəqiblərini məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada Fransa təmsilçisi Cimmi Kadosa qalib gələn cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində yarışan həmyerlimiz Müşfiq Cəfərov dünya çempionatının bürünc medalına layiq görülüb. Bu Azərbaycan millisinin Mərakeşdə qazandığı 4-cü medal olub.

Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad Rəcəbli və Məmməd Məmmədov mundialda 1-ci yeri tutublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR