Bakı 2022 Dünya Kuboku: ABŞ bu gün 2 medal qazandı

Bakı 2022 Dünya Kuboku: ABŞ bu gün 2 medal qazandı
# 05 iyun 2022 20:36 (UTC +04:00)

Atıcılıq üzrə Dünya Kubokunun bugünkü finallarında 25 metr məsafəyə tapançadan cəld atəşaçma üzrə qarışıq komanda yarışında qızıl medalı Koreya komandası qazanıb.

APA xəbər verir ki, yarışın həm gümüş, həm də bürünc medalına isə Ukrayna komandaları sahiblənib və Ukrayna hələlik 8 medalla Kubokda medal sayı ən çox olan ölkədir.

Stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında qızıl medal uğrunda komanda yarışında Almaniya komandası qalib gəlib. Gümüş medalı isə Amerika Birləşmiş Ştatlarının qadınları əldə edib. ABŞ kişi komandası eyni növdə yarışın qızıl medalına yiyələniblər.

Yarış zamanı idmançılar çətinlikləri də olduğunu deyiblər.

Kişilərin dairəvi stend növü üzrə yarışlarında qızıl medal qazanan amerikalı çempion Uinsen Hankok: “Günəş batanda bir tərəfdə hava tam qaralmır - Günəşin batışı sahəyə kölgə salır. Əsasən də 5-ci sahədə skitlərin çıxdığı blokların üzərinə kölgə düşür. Bu zaman mübarizə aparmaq çətinləşir. Amma bu, bizim mübarizə əzmimizi artırdı”.

Sabah Bakıda Dünya Kuboku yarışlarının son günüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR