Boks üzrə Azərbaycan yığması yeni baş məşqçinin rəhbərliyi altında hazırlığa başlayıb

Boks üzrə Azərbaycan yığması yeni baş məşqçinin rəhbərliyi altında hazırlığa başlayıb
# 12 noyabr 2019 12:22 (UTC +04:00)

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.

APA-nın məlumatına görə, yeni baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.

Gündə 2 dəfə təşkil olunan məşqlərə hər bir çəki dərəcəsindəki liderlər cəlb edilib. Noyabrın 21-də başa çatacaq toplanışda əsas məqsəd milli üzvlərinin hazırkı durumu ilə tanışlıq xarakteri daşıyır.

Hazırlığın ardınca Azərbaycan çempionatı başlayacaq və yarışın yekununa əsasən çalışdırıcı milli komandanın heyətini formalaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR