Boks üzrə ikiqat dünya çempionu qonşusu tərəfindən döyülüb

Boks üzrə ikiqat dünya çempionu qonşusu tərəfindən döyülüb
# 14 oktyabr 2019 17:27 (UTC +04:00)

Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı boksçu Sofiya Oçiqava xoşagəlməz hadisə ilə üzləşib.

APA-nın məlumatına görə, tanınmış idmançı Moskva ətrafında qonşusu tərəfindən döyülüb.

Qonşusu idmançıya binanın pilləkənində hücum çəkib. Əlində bıçaq olan şəxs S.Oçiqavanı döyüb və öldürməklə hədələyib. Hadisə yerinə gələn polislər onu sakitləşdirməyə nail olub.

Münaqişənin səbəbləri və idmançıya nə ilə bədən xəsarəti yetirilməsi araşdırılır. Polis bilərəkdən sağlamlığa yüngül zərər vermək və ölümlə hədələmək maddələri üzrə cinayət işi açıb. Cinayətkardan şəhəri tərk etməməklə bağlı iltizam alınıb.

Qeyd edək ki, 32 yaşlı boksçu 60 kq çəki dərəcəsində Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, 2 dəfə dünya, 3 dəfə Avropa çempionu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR