Ceymi Malqryu: “Qarabağ”la oyun çətin olacaq”

Ceymi Malqryu: “Qarabağ”la oyun çətin olacaq”
# 28 avqust 2019 19:09 (UTC +04:00)

“Bizi çətin sınaq gözləyir. Kiçik üstünlüyümüz var”.

APA-nın məlumatına görə, bunu Şimali İrlandiyanın “Linfild” futbol klubunun kapitanı Ceymi Malqryu deyib.

33 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la sabah keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib. O, evdə 3:2 hesablı qələbə qazanmalarına baxmayaraq, işlərinin çətin olacağını söyləyib: “Bu, çox da böyük əhəmiyyət kəsb etmir. Xüsusən də, “Qarabağ” kimi güclü komandaya qarşı asan olmayacaq”.

C. Malqryu “Bakı gözəldir, yoxsa “Qarabağ”ın oynadığı futbol” sualını belə cavablandırıb: “Əla şəhərdir, gözəl insanları var. Gözləntilərimizi qarşıladı. O ki qaldı oyuna, indiyə qədər qarşılaşdığımız ən çətin rəqiblərdən biri “Qarabağ” idi. Sabah da çətin olacaq və “Qarabağ”ın oyun səviyyəsini artıracağını düşünürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR