Dünya birinciliyində Azərbaycanı 10 taekvondoçu təmsil edəcək

Dünya birinciliyində Azərbaycanı 10 taekvondoçu təmsil edəcək
# 05 avqust 2019 11:21 (UTC +04:00)

Avqustun 7-də Özbəkistan paytaxtı Daşkənddə yeniyetmə taekvondoçular arasında dünya birinciliyi start götürəcək.

APA-nın məlumatına görə, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov mundialda Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Fərid Əliyev (49 kq), Nizami Hacıyev (53 kq), Asim Əlimov (+65 kq), Zemfira Həsənzadə (29 kq), Nəzirə Ölməz (47 kq) və Səmmərux Osmanovaya (51 kq) şans verəcək.

Qeyd edək ki, təlim-məşq toplanışını başa vuran komandamız artıq Daşkəndə yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR