Dünya Karate Federasiyasının rəsmiləri Bakıda seminar keçirəcək

Dünya Karate Federasiyasının rəsmiləri Bakıda seminar keçirəcək
# 31 iyul 2019 14:30 (UTC +04:00)

Bakıda Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyasının seminarı keçiriləcək.

APA-nın məlumatına görə, qurum rəsmiləri Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə Bakıya gələcək.

Bu məqsədlə komissiyanın sədri Xavyer Eskalante (İsveç), katibinin assistenti Fariba Madani (ABŞ) və üzvü Cavad Səlimi (İran) paytaxta təşrif buyuracaq. Onlar avqustun 16-da yerli hakim və məşqçilərə növbəti seminar keçirəcəklər.

Nəzəri seminarın iştirakçılarına sertifikatlar təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR