Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında fərdi yarışlara yekun vurulub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, 30 ölkədən 250-dən çox idmançının mübarizə apardığı Avropa çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət çavuşu Vüqar Babayev də iştirak edib.
M-1 kateqoriyasında, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev Avropa çempionatının gümüş medalını qazanıb.