FHN əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb - FOTO

Vüqar Babayev

© APA | Vüqar Babayev

# 06 iyun 2022 12:33 (UTC +04:00)

Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında fərdi yarışlara yekun vurulub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, 30 ölkədən 250-dən çox idmançının mübarizə apardığı Avropa çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət çavuşu Vüqar Babayev də iştirak edib.

M-1 kateqoriyasında, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev Avropa çempionatının gümüş medalını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR