FHN əməkdaşı karate üzrə Avropa çempionatında uğur qazanıb - FOTO

FHN əməkdaşı karate üzrə Avropa çempionatında uğur qazanıb - FOTO
# 10 iyun 2022 11:16 (UTC +04:00)

Bolqarıstan Respublikasının Kranevo şəhərində mayın 20-22-də Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə yeniyetmə, gənclər, böyüklər və masterlər arasında 12-ci Avropa çempionatı keçirilib. Turnirdə 18 ölkənin 1200-dən çox idmançısı mübarizə aparıb. Çempionatda Azərbaycann karate üzrə milli komandasının və Fövqəladə Hallar Nazirliyinin karate komandasının üzvü Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, mayor İlqar Ələkbərov -84 kq çəki dərəcəsində böyüklər arasında komanda kumite yarışlarında qızıl və şəxsi kumite yarışlarda isə turnirin bürünc medalının sahibi olub.

FHN-dən APA-ya verilən məlumata görə, iyunun 10-da nazirliyin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Avropa çempionatında uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Karateçimiz sentyabr ayında Dünya Şotokan Karate Federasiyasının təşkilatçılğı ilə Çexiya Respublikasında keçiriləcək Dünya çempionatında da iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR