FHN idmançısı Avropa çempionatının qalibi olub

FHN idmançısı Avropa çempionatının qalibi olub
# 04 noyabr 2022 12:47 (UTC +04:00)

Oktyabrın 28-30-da Bosniya və Herseqovinanın Sarayevo şəhərində Dünya Cüdo Federasiyasının təşkilatçılığı ilə 23 yaşa qədər kişilər və qadınlar arasında cüdo üzrə Avropa çempionatı keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, turnirdə 40 ölkənin 300-dən çox idmançısı öz qüvvəsini sınayıb. Çempionatda 14 idmançı ilə təmsil olunan cüdo üzrə Azərbaycan milli yığma komandası yüksək nəticələr əldə etməyi bacarıb. Belə ki, cüdo üzrə Azərbaycan milli yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin yığma komandasının üzvü Nazir Talıbov -60 kq çəki dərəcəsində 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub.

3 noyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı və onun məşqçi müəllimləri Elçin İsmayılov və Arzu Axundov ilə görüşüb, idmançını əldə etdiyi nailiyyətə görə təbrik edərək ona gələcək yarışlarda uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR