Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında qalmaqal olub - VİDEO

Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında qalmaqal olub - VİDEO
# 19 sentyabr 2019 09:59 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi xoşagəlməz hadisə ilə üzləşib.

APA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ilk görüşündə rusiyalı Hacımurad Rəşidovla görüşdən sonra hakimlərin qərarı ilə razılaşmayıb.

Təsnifat mərhələsinin bitməsinə saniyələr qalmış pəhləvanımız 2:3 hesabı ilə uduzarkən tətbiq etdiyi fənd hakimlər tərəfindən 2 xalla qiymətləndirilib. Lakin rəqibin etirazından sonra bu xallar silinib və rusiyalı 4:2 hesabı ilə qalib gəlib.

Bunu haqsızlıq sayan H.Əliyev qarşılaşmanın sonuncu saniyəsində mübarizəni davam etdirmək istəməyib. Məşqçi və hakimlərin tələbi ilə xalça üzərinə qayıdan güləşçimiz görüş başa çatdıqdan sonra da etirazını nümayişkaranə şəkildə göstərib.

O, qalibi elan etmək üçün hakimə yaxınlaşmayıb. Nəticədə referi rusiyalını tək qalib sayıb. Bundan sonra H.Əliyev hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını isbatlamağa çalışıb. O, hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə “qırmızı” göstərib və yerə çırpıb.

Qeyd edək ki, H.Əliyev 2017-ci ildə dünya çempionatının finalında məhz bu rəqibi üzərində qələbə ilə qızıl medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR