Həbib Nurməhəmmədov amerikalı rəqibi ilə döyüşdə 6 milyon dollar qazanacaq

Həbib Nurməhəmmədov amerikalı rəqibi ilə döyüşdə 6 milyon dollar qazanacaq
# 04 sentyabr 2019 16:48 (UTC +04:00)

UFC versiyası üzrə dünya çempionu Həbib Nurməhəmmədovun növbəti döyüşdən əldə edəcəyi məbləğ açıqlanıb.

APA-nın məlumatına görə, yüngül çəki dərəcəsində çıxış edən rusiyalı döyüşçü Dastin Porye ilə qarşılaşmada 6 milyon dollardan çox qazanacaq.

Bunu idmançının atası Abdulmanap Nurməhəmmədov deyib. O bildirib ki, oğlu 2 milyon dollar əldə etdiyi irlandiyalı Konor Makqreqorla döyüşdən qat-qat artığına sahib olavaq: “Qonorar əvvəlki döyüşlə müqayisədə 3-3,5 dəfə çox olacaq. Biz öz qiymətimizi bilirik. Qəpik-quruş üçün döyüşmürük. Əvvəlki məbləğ bizim üçün azdır. Çünki biz indi daha yaxşıyıq”.

Qeyd edək ki, H. Nurməhəmmədovun amerikalı D. Porye ilə görüşü sentyabrın 7-də Əbu-Dabidə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR