"I Azərbaycan Budo Festivalı"nın açılışı olub - FOTO

"I Azərbaycan Budo Festivalı"nın açılışı olub - FOTO
# 05 oktyabr 2019 13:14 (UTC +04:00)

"I Azərbaycan Budo Festivalı"nın açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi dəstəyi ilə Bakıda ilk dəfə "I Azərbaycan Budo Festivalı"nın açılışı olub.

Açılış mərasimində çıxış edən Yaponiyanın Bakıdakı səfiri Teruyuki Katori Azərbaycanda yapon-döyüş sənətləri ilə məşğul olanların sayının 40-50 min nəfər təşkil etdiyini bildirib. Yapon-döyüş sənətlərinin 9 növünün olduğunu xatırladan diplomat, bu Festivalda 6 növ üzrə iştirakçıların öz bacarıqlarını nümayiş etdirəcəyini bildirib: “Əminəm ki, Tokio Olimpiya Oyunlarında Azərbaycan uğurla təmsil olunacaq. Bəlkə də bu Festivalda iştirak edənlər arasında Olimpiya oyunlarına qatılanlar da olacaq".

Daha sonra çıxış edən Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev bildirib ki, Azərbaycan uğurlu bir idman ölkəsinə çevrilib və ölkəmizdə idmanın hər bir sahəsinə ciddi qayğı göstərilir. Nazir müavini deyib ki, Azərbaycan Tokioda keçiriləcək oyunlara güclü şəkildə hazırlaşır.

Festivalın açılışına Ekologiya naziri, Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Muxtar Babayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmilər də qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR