İstanbuldakı Superkubokun iştirakçıları dəqiqləşib

İstanbuldakı Superkubokun iştirakçıları dəqiqləşib
# 02 iyun 2019 01:43 (UTC +04:00)

UEFA Superkuboku uğrunda oyunda iştirak edəcək cütlük dəqiqləşib.

ONA-nın məlumatına görə, Çempionlar Liqasının finalında “Tottenhem”i 2:0 hesabı ilə məğlub edən “Liverpul” mükafata yiyələnməklə növbəti titulu qazanmaq imkanı da əldə edib.

Mersisaydlılar özlərindən iki gün əvvəl bu hüquqa yiyələnən “Çelsi” ilə üz-üzə gələcək. Sonuncular digər İngiltərə derbisində - Avropa Liqasının Bakıdakı finalında “Arsenal”ı 4:1 hesabı ilə yenmişdi.

“Liverpul”la “Çelsi” arasında Superkubok oyunu avqustun 14-də keçiriləcək. Matç Türkiyənin İstanbul şəhərindəki “Vodafon Arena”da təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR