Nağı Səfərov: “Növbəti dünya çempionatlarından birini Bakıda təşkil etmək istəyirik”

Nağı Səfərov

© APA | Nağı Səfərov

# 30 dekabr 2021 11:48 (UTC +04:00)

Azərbaycan Taekvondo Federasiyasının hesabat-seçki konfransından sonra brifinq keçirilib.

Apasport.az saytının məlumatına görə, Kəmaləddin Heydərov yenidən quruma prezident seçilib.

Qurumun vitse-prezidenti Nağı Səfərov Gənclər və İdman Nazirliyində baş tutan tədbirdə fikirlərini bölüşüb: “Kəmaləddin Heydərov növbəti 5 il üçün federasiyanın prezidenti seçildi. Həmçinin Nizamnamədə duran digər məsələlər müzakirə olundu”.

O, bundan sonrakı hədəflər barədə sualı da cavablandırıb: “Uzun müddətdir fikrimizdə var ki, ölkəmizdə dünya çempionatı təşkil edək. Pandemiya səbəbindən ötən iki ildə bunu reallaşdıra bilmədik. Ancaq növbəti dünya çempionatlarından birini Bakıda təşkil etmək istəyirik”.

Səfərov yığmada baş məşqçi dəyişikliyini bununla əlaqələndirib: “Olimpiadada medal qazanmamağımız baş məşqçidən çox pandemiya ilə əlaqədar oldu. Baş məşqçi planının 15 faizini yerinə yetirə bilmişdi. Federasiya rəhbərliyi də bu məsələni müzakirəyə çıxardı və Rıza Mehmandostla əməkdaşlığımıza davam etdirməyi qərara aldıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR