Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib

Namiq Əliyev növbəti dəfə UWW-nin Büro üzvü seçilib
# 09 sentyabr 2022 17:45 (UTC +04:00)

Bu gün Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) Konqresi baş tutub.

Apasport.az saytının məlumatına görə, iclasda UWW-nin Büro üzvü Namiq Əliyev, Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev və İcraiyyə Komitəsinin üzvü Vasif Məmmədov iştirak ediblər.

Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən UWW-nin İcraiyyə Komitəsinə seçkilər keçirilib. Namiq Əliyev növbəti dəfə ali qurumun Büro üzvü seçilib.

Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri qarşıdakı 6 ildə bu vəzifədə fəaliyyət göstərəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR