Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək

Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək
# 09 noyabr 2022 17:10 (UTC +04:00)

Qadın boksçular arasında növbəti dünya çempionatının keçiriləcəyi yer bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu, Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyov və Hindistan Boks Federasiyasının (BFİ) rəhbəri Adjay Sinqhin Nyu-Dehlidə təşkil olunan birgə mətbuat konfransında açıqlanıb.

2023-cü ildəki çempionat Hindistanın Nyu-Dehli şəhərində təşkil olunacaq. Bununla bağlı İBA və BFİ arasında anlaşma imzalanıb.

Nyu-Dehli 2006-cı və 2018-ci illərdə də bu yarışa ev sahibliyi edib. 2017-ci ildə isə Quvahati gənc qızlar arasında dünya çempionatının təşkilatçı şəhəri olub.

Qeyd edək ki, Nyu-Dehlidəki yarış ilklə əlamətdar olacaq. İBA tarixdə ilk dəfə qiymətləndirmə və görüşün icmalı rəqəmsal şəkildə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR