“Qarabağ” “Linfild”lə oyunun favoriti sayılır

“Qarabağ” “Linfild”lə oyunun favoriti sayılır
  • Clock-gray 16:37
  • calendar-gray 29 Avqust 2019

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya) oyununun əmsalları açıqlanıb. 

APA-nın məlumatına görə, bukmeker kontorları Ağdam klubunu favorit sayırlar. 

Bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 1,12, məğlubiyyəti 26,00 əmsaldır. Matçda heç-heçəyə 7,50 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. Avqustun 22-də keçirilən ilk görüşdə “Linfild” 3:2 hesabı ilə qalib gəlib.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date