Rumıniyalı cüdoçu Azərbaycan yığmasına bürünc medal qazandırıb 

Rumıniyalı cüdoçu Azərbaycan yığmasına bürünc medal qazandırıb 
# 12 oktyabr 2019 22:52 (UTC +04:00)

Estoniyada cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.

APA-nın məlumatına görə, beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian bürünc medal qazanıb.

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan millimizin rumıniyalı legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.

Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR