Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO

Sahil Babayev naxçıvanlı boksçularla görüşüb - FOTO
# 01 oktyabr 2022 09:57 (UTC +04:00)

Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Naxçıvanda Muxtar Respublikanın Boks Federasiyasının fəaliyyəti ilə tanış olub.

ABF-dən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, Naxçıvan Boks Federasiyasının sədri, ABF-in vitse-prezidenti Məhərrəm Talıbovla birgə müxtəlif yaş qrupları üzrə komandaların məşqini izləyiblər.

Federasiya rəsmiləri hazırlıqda iştirak edən qız və oğlan boksçularla, eyni zamanda onların məşqçiləri ilə də görüşüblər. Görüşdə idmançılar və çalışdırıcıların bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı təklifləri dinlənilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Ardınca federasiyalar arasında əməkdaşlıq, beynəlxalq yarışlarda iştirak, Naxçıvan Muxtar Respublikasında boksun daha da kütləviləşməsi, məşqçi və hakimlərin səviyyələrinin artırılması istiqamətində müzakirələr aparılıb.

Sonda boksçulara hədiyyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR