Taekvondo üzrə Bakı birinciliyinin açılış mərasimi keçirilib - FOTO

Taekvondo üzrə Bakı birinciliyinin açılış mərasimi keçirilib - FOTO
# 10 may 2022 15:48 (UTC +04:00)

Taekvondo üzrə ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Bakı açıq birinciliyinin açılış mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Taekvondo Federasiyası və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ulu öndərin ölkə idmanına göstərdiyi qayğı xüsusi vurğulanıb.

Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, ümummilli liderin Azərbaycanın və idmanımızın dünyada tanıdılmasında əvəzsiz rolu olub. Taekvondonun ölkəmizdə yüksələn xətlə inkişaf etdiyini vurğulayan natiq bunun sayəsində Avropa, dünya və Olimpiya mükafatçılarımızın olduğunu xatırladıb.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev isə açılış mərasiminə Ümumdünya Taekvondo Federasiyasının nümayəndələrinin qatılmasına diqqət çəkib. O vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğısı nəticəsində Azərbaycan idmanı yüksək səviyyəyə çatıb və beynəlxalq yarışlar bizə həvalə edilir.

Dünya çempionu çıxışının sonunda yarışı açıq elan edib.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunan Bakı açıq birinciliyində 500-dən artıq uşaq, yeniyetmə və gənc mübarizə aparır. Reqlamentə əsasən 2 gün keçiriləcək yarışda hər 3 yaş qrupunda 20 (10 oğlan, 10 qız) çəki dərəcəsində qaliblər bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR