Taekvondo üzrə dünya çempionatında son günün püşkü atılıb

Taekvondo üzrə dünya çempionatında son günün püşkü atılıb
# 03 iyun 2023 18:14 (UTC +04:00)

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında son günün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, iyunun 4-də baş tutacaq qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində Azərbaycan millisinin idmançılarının rəqibləri də bəlli olub.

Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) - Vanesa Mendosa (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Həmidrza Bədriəliabadi də eyni mərhələdə dayanq üzərinə çıxacaq. Onun rəqibi Nouhum Diavara (Mali) - Sezar Nazareno (Kolumbiya) cütünün güclüsünü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR