Türkiyəli güləşçi Rıza Kayaalp 4-cü dəfə dünya çempionu olub

Türkiyəli güləşçi Rıza Kayaalp 4-cü dəfə dünya çempionu olub
# 17 sentyabr 2019 18:42 (UTC +04:00)

Türkiyəli güləşçi Rıza Kayaalp 4-cü dəfə dünya çempionu olub.

APA-nın məlumatına görə, Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 130 kq çəki dərəcəsində yarışan türkiyəli güləşçi finalda kubalı Oskar Pino Hindslə qarşılaşıb.

Final görüşü türkiyəli güləşçinin qələbəsi ilə başa çatıb.

Bununla da Rıza Kayaalp yunan-Roma güləşi üzrə 4-cü dəfə dünya çempionu adını qazanıb.

Qeyd edək ki, R. Kayaalp 2011, 2015 və 2017-ci illərdə keçirilən dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR