DÇ-2018: Uruqvay Portuqaliyanı məğlub edərək 1/4 finala yüksəlib

<span style="color: red;">DÇ-2018:  Uruqvay Portuqaliyanı məğlub edərək 1/4 finala yüksəlib
# 30 iyun 2018 22:20 (UTC +04:00)

Futbol üzrə Dünya Çempionatı - 2018 çərçivəsində ikinci 1/8 final oyunu keçirilib.

APA-nın xəbərinə görə, gərgin oyunda Uruqvay və Portuqaliya yığmaları qarşılaşıb. Oyun uruqvaylıların 2:1 hesablı qələbələri ilə başa çatıb.

Beləliklə, Uruqvay millisinin DÇ-nin ¼ finalında rəqibi Fransa yığması olacaq. Uruqvay-Fransa matçı iyulun 6-da 18:00-da keçiriləcək.

DÇ-2018

1/8 final

30 iyun

Uruqvay – Portuqaliya - 2:1

Qollar: Edinson Kavani, 7, 62 - Pepe, 55

Sarı vərəqə: Kriştianu Ronaldo, 90+3

Baş hakim: Sezar Arturo Ramos (Meksika)

Soçi, “Fişt Stadionu”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR