AİBA BOK-a yeni hesabat təqdim edəcək

AİBA BOK-a yeni hesabat təqdim edəcək
# 04 fevral 2018 13:43 (UTC +04:00)

Beynəlxalq Boks Federasiyası (AİBA) təşkilatda islahatları davam etdirir və aprelin 30-a qədər Beynəlxalq Olimpiya Komitəsinə (BOK) yeni hesabat təqdim edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, AIBA mətbuat xidmətinin bu gün yaydığı məlumatda əksini tapıb.

Qeyd edək ki, keçən ilin dekabrında BOK Assosiasiyanın idarəetməsinin dəyişməsi ilə bağlı AİBA-nın maliyyələşdirilməsini dayandırıb. AİBA-nın bu gün yaydığı məlumatda isə bildirilir ki, AİBA BOK İcraiyyə Komitəsinin son dövrlər Assosiasiyada aparılan islahatları qiymətləndirəcək, islahat prosesi vaxt tələb edir: "Yaxın 6 ay ərzində AİBA-da tam təşkilat nəzarəti həyata keçiriləcək, AİBA üçün "yeni fond planı" hazırlanacaq. Bu plan və hazırlanmış tövsiyələr AİBA İcraiyyə Komitəsinin iyunda keçirilən toplantısında müzakirə olunacaq. Aprelin 30-ə qədər BOK-a yeni hesabat da təqdim olunacaq. Bununla bərabər, AİBa BOK-u keçmiş səhvlərin bir daha təkrarlanmayacağına inandırmağa səy göstərəcək".

Qeyd edək ki, bu gün BOK prezidenti Tomas Bax bəyan edib ki, BOK AİBA-dakı vəziyyətdən narahatdır, boksun 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi məsələsinə yenidən baxmaq hüququnu özünə saxlayır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR