Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl və 1 bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl və 1 bürünc medal qazanıblar
  • Clock-gray 18:27
  • calendar-gray 04 Fevral 2018

Bolqarıstanın Sofiya şəhərində keçirilən cüdo üzrə açıq Avropa Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması son gündə daha bir medal əldə edib.

 

+100 kq çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri yarışı 3-cü pillədə başa vurub. İspaniyalı Çelaru Qriqoras və ukraynalı Andrey Kolesnikə qalib gələn idmançımız yarımfinalda Belçika təmsilçisi Benjamin Harmenyisə məğlub olub. Təsəlliverici görüşdə Stanislav Bondarenkonu (Ukrayna) üstələyən Kakauri turnirin bürünc medalına layiq görülüb.

 

Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıblar. Beynəlxalq turnirin ilk günündə Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date