Azərbaycan cüdoçusu “Qran-pri”də bürünc medal qazanıb

Azərbaycan cüdoçusu “Qran-pri”də bürünc medal qazanıb
# 29 iyul 2018 21:15 (UTC +04:00)

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, beynəlxalq turnirin sonuncu günü millimiz aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədli Mehdiyev Zaqrebdə bürünc medal qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı “Qran-Pri”də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirdə 3 bürünc medal qazanıb - Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (90 kq)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR