Azərbaycan güləşçiləri Avropa çempionatında 2 gümüş və 1 bürünc medal qazanıblar - YENİLƏNİB-1

Azərbaycan güləşçiləri Avropa çempionatında 2 gümüş və 1 bürünc medal qazanıblar - <span style="color: red;">YENİLƏNİB-1
# 02 may 2018 19:58 (UTC +04:00)

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatının yarımfinalında belaruslu Viktor Sasunovskiyə uduzan Rafiq Hüseynov (82 kq) bürünc medal üçün xalçaya çıxıb.

Apasport.az saytının məlumatına görə, onun rəqibi Rolan Şvarts (Almaniya) olub. Əzmkar qələbə qazanan Hüseynov Avropa çempionatını üçüncü pillədə başa vurub.

Beləliklə, “klassiklər”in son yarış günündə təmsilçilərimizdən ikisi final, digər üçü bürünc medal üçün xalçaya çıxıb. Murad Məmmədov və Rəsul Çunayev finalda uduzaraq gümüş medal qazanıblar. Elman Muxtarov və Orxan Nuriyev təsəlliverici görüşdə uduzduğu halda, Rafiq Hüseynov "bürünc"ə sahib çıxıb.

***

20:44

Yığmamızın liderlərindən olan Rəsul Çunayev ilk Avropa çempionluğunu rəsmiləşdirə bilməyib.

Apasport.az saytının məlumatına görə, 4 il öncə Vantaada analoji yarışın finalında uduzan həmyerlimiz bu dəfə də eyni aqibətlə barışıb.

O, həlledici qarşılaşmada Adam Kuraka (Rusiya) uduzub.

***

20:12

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, üçüncü yarış günündə Murad Məmmədov (60 kq) titul döyüşünə çıxıb.

O, çempionluq üçün rusiyalı Sergey Yemelinlə üz-üz gəlib. Görüşün gedişində 5:0 hesabı ilə önə keçən Məmmədov üstünlüyünü qoruya bilməyib və 5:6 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib

Yığmamızın liderlərindən olan Rəsul Çunayev (72 kq) ilk Avropa çempionluğunu rəsmiləşdirməyə çalışacaq. 4 il öncə Vantaada analoji yarışın finalında uduzan həmyerlimiz bu məğlubiyyəti unutdurmaq arzusundadı. O, həlledici qarşılaşmada Adam Kurakla (Rusiya) mübarizə aparacaq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR