Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub
  • Clock-gray 18:34
  • calendar-gray 13 May 2018

Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışda növbəti medalını qazanıb.

 

Bu dəfə Radik İsayev fərqlənib. +87 kq çəki dərəcəsində çıxış edən idmançımız finaladək bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmaya vəsiqə qazanıb. Qızıl medal uğrunda döyüşdə onun rəqibi rusiyalı Roman Kuznetsov olub. Onu da məğlub edən Radik Avropa çempionu tituluna yiyələnib. Bu, 2014-cü ildə də qitənin ən yaxşısı olan taekvondoçumuzun ikinci belə uğurudur.

 

Qeyd edək ki, yarışın əvvəlki günlərində millimiz daha iki medal qazanmışdı. Patimat Abakarova və Milad Beiqi Harçeqani çempionatı bürünc medalla başa vurmuşdu.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date