Boks üzrə Azərbaycan millisi Belarusda hazırlıq keçəcək

Boks üzrə Azərbaycan millisi Belarusda hazırlıq keçəcək
  • Clock-gray 11:37
  • calendar-gray 19 Fevral 2018

Fevralın 20-dən 25-dək gənc boksçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, milli komandamız Balakəndə başladığı hazırlıq prosesini Belarusun Qomel şəhərində davam etdirəcək.

 

Yığmamızın baş məşqçisi Vaqif Şirinov toplanışda 15 idmançını sınaqdan keçirəcək. Bunlar Maqsud Xasmətov, Vüqar Hüseynov (hər ikisi 49 kq), Əflatun Babayev, Mirmehdi Mehdizadə (hər ikisi 52 kq), Həsən İbrahimov, Əlzamin Səlimov (hər ikisi 56 kq), Nurlan Səfərov, Nəbi İsgəndərov (hər ikisi 60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov, Məhəmməd Yusifov, Cahid Qurbanov (hər üçü 69 kq), Rəsul Rzayev (75 kq), Zaur Musayev (81 kq) və İsmayıl Yaqubovdu (91 kq) .

 

Bu gün səhər saatlarında səfərə yollanan millimiz Qomeldə əsasən ümumi və fiziki hazırlıq üzərində çalışacaq.

 

 

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date