Qran-pri: Yığmamızın heyəti açıqlanıb

Qran-pri: Yığmamızın heyəti açıqlanıb
  • Clock-gray 08:48
  • calendar-gray 31 İyul 2018

Qızlardan ibarət cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Natiq Bağırov Budapeştdə keçiriləcək Qran-pri turnirində 5 idmançını sınaqdan keçirəcək.

 

Macarıstana Gültac Məmmədəliyeva (52 kq), İçinxorlu Munxtsedev, Ülviyyə Rəhimli (hər ikisi 57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerska (+78 kq) yollanacaq.

 

Avqustun 10-da start götürəcək yarışda 90 ölkədən 666 (395 kişi, 271 qadın) cüdoçunun qatılacağı gözlənilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date