Qran-prinin ilk günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər

Qran-prinin ilk günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər
# 06 aprel 2018 13:11 (UTC +04:00)

Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran-pri turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğursuz alınıb.

Belə ki, tatamiyə çıxan 5 cüdoçumuzun hamısı məğlubiyyətə üzülüb. Mehman Sadıqov ilk görüşündə rusiyalı Yaqo Abuladzeyə, Tofiq Məmmədov (hər ikisi 60 kq) israilli Daniel Ben Davidə uduzub.

Qadınların yarışında mübarizə aparan Bazarraqça Erdenebat (48 kq) isə Qran-priyə qələbə ilə başlayıb. O, Akmaral Nauatbekə (Qazaxıstan) qalib gəlib. Lakin növbəti döyüşündə Marusa Stanqara (Sloveniya) məğlub olan təmsilçimiz təsəlli görüşündə də Sara Meneseslə (Braziliya) bacarmayıb.

Ondan fərqli, Leyla Əliyeva (48 kq) və Buyanxişiq Purevsuren (52 kq) startdaca mübarizəni dayandırıblar. Bu cüdoçular müvafiq olaraq, Gülkader Şentürk (Türkiyə) və Qefen Primoya (İsrail) məğlub olublar.

Qeyd edək ki, yığmamız Qran-priyə 10 idmançı ilə yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR