Taekvondoçularımız İstanbulda 2 medal qazanıb

Taekvondoçularımız İstanbulda 2 medal qazanıb
# 13 fevral 2018 07:18 (UTC +04:00)

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə klublararası Avropa çempionatının ardından “Turkish Open” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, sayca 5-ci olan G1 kateqoriyalı yarışda Azərbaycanın gənclərdən ibarət millisi də mübarizəyə qatılıb.


Turnirin ikinci günü dayanq üzərinə çıxan taekvondoçularımızdan ikisi medala yiyələnib. Klublararası Avropa çempionatında birinci olan Cavad Ağayev (63 kq) və Minayə Əkbərova (44 kq) bu dəfə gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR