Yaponiyada boksçu hakimi 6-cı saniyədə nokauta salıb - VİDEO

Yaponiyada boksçu hakimi 6-cı saniyədə nokauta salıb - VİDEO
# 22 oktyabr 2019 16:54 (UTC +04:00)

Yaponiyada keçirilən Birma boksu üzrə turnirdə xoşagəlməz hadisə baş verib.

APA-nın məlumatına görə, “Lethwei 14 in Japan” turnirinin döyüşü zamanı hakim nokauta düşüb.

Referi birinci raundun gedişində boksçuları ayırmağa çalışıb. Bu zaman idmançılardan birinin qüvvətli zərbəsi təsadüfən hakimə tuş gəlib. Döyüşün 6-cı saniyəsindəki bu zərbə referinin yerə yıxılması ilə nəticələnib. Görüş bu səbəbdən dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR