"Azercell" Nəsiminin qəzəllərini səsləndirilərək "Bookmate"ə daxil edib - VİDEO

"Azercell" Nəsiminin qəzəllərini səsləndirilərək "Bookmate"ə daxil edib - VİDEO
  • Clock-gray 17:55
  • calendar-gray 10 Dekabr 2019

Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” şirkəti dahi Nəsimini xarici oxuculara da daha yaxından tanıtmaq, onun yaradıcılığını müasir mütaliə vasitələri ilə təbliğ etmək məqsədi ilə şairin qəzəllərini üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənməsinə təşəbbüs göstərib.

 

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, məşhur mütəfəkkir-şairin 650 illik yubileyini qeyd etmək üçün ölkənin nüfuzlu diplomatik və biznes strukturları, incəsənət xadimləri “Azercell”in təşkil etdiyi “İki Cahan” tədbirində bir araya toplaşıb.

 

Hüseyn Vəliyev

Digər xəbərlər