Elçin Əzizov filarmoniyada Motsartın 250 illiyinə həsr olunmuş konsert verəcək

Elçin Əzizov filarmoniyada Motsartın 250 illiyinə həsr olunmuş konsert verəcək
# 15 dekabr 2006 14:43 (UTC +04:00)
Dekabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist Elçin Əzizov dünya şöhrətli bəstəkar Motsartın 250 illiyinə həsr olunmuş konsert verəcək. Sənətçini konsertdə əməkdar incəsənət xadimi Azad Əliyevin dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. E. Əzizovun APA-ya verdiyi məlumata görə, proqramda Motsartın bir sıra operalarından ariyaları səsləndirəcək. Bu, Elçin Əzizovun filarmoniyada ikinci konsertidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR