Dövlət İncəsənət Muzeyində Azərbaycan Rəssamlar İttifaqının 65 illiyi münasibətilə təsviri sənət ustalarının əsərlərindən ibarət sərginin açılışı olub

Dövlət İncəsənət Muzeyində Azərbaycan Rəssamlar İttifaqının 65 illiyi münasibətilə təsviri sənət ustalarının əsərlərindən ibarət sərginin açılışı olub
# 15 dekabr 2006 15:00 (UTC +04:00)
Rüstəm Mustafayev adına adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan Rəssamlar İttifaqının (ARİ) yaradılmasının 65 illiyinə həsr olunmuş Azərbaycan təsviri sənət ustalarının (1900-1980) əsərlərindən ibarət sərginin açılışı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ARİ-nin yaranma tarixindən danışıb: “Azərbaycanın mədəniyyəti tarixən hər zaman zəngin olub. Azərbaycan mədəniyyətinin əsas qolunu isə rəssamlıq sənəti təşkil edir. Bu gün biz fəxrlə deyə bilərik ki, bizim kifayət qədər tanınmış və istedadlı rəssamlarımız var. Bu sənətin gələcəkdə də inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməməliyik”. Ə. Vəliyev hazırda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrikini çatdırıb. ARİ-nin sədri, xalq rəssamı Fərhad Xəlilov 1900-1980-ci illəri əhatə edən rəsm əsərlərinin çox böyük ustalıqla işlənildiyini deyib. İttifaq sədirinin sözlərinə görə, sərgidə 65 rəssamın 80-a yaxın rəngkarlıq və qrafika janrında əsərləri sərgilənir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR