Kitab satıcıları və oxucuları arasında sorğu keçirilib

Kitab satıcıları və oxucuları arasında sorğu keçirilib
# 15 dekabr 2006 15:06 (UTC +04:00)
Kitab Klubu Bakı şəhərindəki nəşriyyatlar, topdan və pərakəndə kitab satışı işçiləri və oxucular arasında sorğu keçirilib. Bu barədə APA-ya Kitab Klubundan məlumat verilib. Sorğu Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (ACİ YF Azərbaycan) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kitab bazarının inkişafına yardım” layihəsi çərçivəsində aparılıb. Sorğunun əsas məqsədi ölkənin nəşriyyat işində və kitab bazarında olan meylləri və problemləri üzə çıxarmaqdır. Xatırladaq ki, Kitab Klubu 2004-cü ildə də belə bir sorğu keçirib. Həmin sorğunun nəticələrinə görə, satış yerlərində kitablar çox sıxdır, ona görə də oxucunun kitab seçməsi çox çətindir. Kitab satışı müəssisələri yeni kitabların təbliğatçısı rolunu oynaya bilmir. Bununla yanaşı, müəlliflərin öz kitablarını şəxsən satmağa məcbur olması meyli davam etməkdədir və alıcılıq qabiliyyəti hələ də çox aşağıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR