“Azərbaycan xarici səfirlərin gözü ilə” kitabı çap olunub

“Azərbaycan xarici səfirlərin gözü ilə” kitabı çap olunub
# 09 sentyabr 2020 13:43 (UTC +04:00)

Leyla Şahın müəllifi olduğu “Azərbaycan xarici səfirlərin gözü ilə” kitabı çap olunub.

APA-nın məlumatına görə, kitabda hazırda Azərbaycanda çalışan müxtəlif ölkələrin səfirlərinin müəlliflə müsahibələri toplanıb.

“Azərbaycan xarici səfirlərin gözü ilə” kitabında dünyanın müxtəlif ölkələrində doğulmuş, fərqli mədəniyyət və inanca sahib olan diplomatların Azərbaycan barədə təəssürat və arzuları, həm də onların öz ölkələrinin təbii, siyasi, ictimai və mədəni özəllikləri barədə maraqlı məlumatlar yer alır.

Kitabda Fransa, İndoneziya, Səudiyyə Ərəbistanı, Pakistan, Niderland, Cənubi Koreya, Xorvatiya, Argentina və başqa ölkələrin səfirləri ilə müsahibələr var.

Kitabın Azərbaycan dilində redaktoru Əsəd Cahangir, ingilis dilinə tərcüməçisi və redaktoru Maral Əsədullayeva, dizayneri Ülviyyə Qayıbovadır.

“Azərbaycan xarici səfirlərin gözü ilə” Azərbaycan jurnalistikası tarixində xarici diplomatlarla aparılan ilk intervülər toplusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR