Emir Kusturitsa “Drina körpüsü” əsasında serial çəkməyə hazırlaşır

Emir Kusturitsa “Drina körpüsü” əsasında serial çəkməyə hazırlaşır
# 25 iyun 2020 10:21 (UTC +04:00)

Tanınmış serb rejissoru Emir Kusturitsa “Drina körpüsü” romanı əsasında televiziya serialı çəkməyə hazırlaşır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, serialın çəkilişləri üçün maliyyə dəstəyini Rusiyada tapa biləcəyini düşünür.

Tanınmış rejissor Nobel mükafatı laureatı İvo Andriçin “Drina körpüsü” əsərinin serb xalqının Bibliyası olduğunu vurğulayıb: “Bu əsərdə körpünün necə tikilməsindən və Türkiyənin bizim ərazilərdə olan vaxtlarda nələrin baş verməsindən danışılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR